Menu

Azərbaycan Rusiyaya investisiya qoyuluşunu 18 % azaldıb

31.12.2024, 16:54
Azərbaycan Rusiyaya investisiya qoyuluşunu 18 % azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiya Azərbaycan iqtisadiyyatına 97,9 milyonABŞ dolları birbaşa investisiya yatırıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.

Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 % olub.

9 ay ərzində Azərbaycan isə Rusiya iqtisadiyyatına27,4 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən18 % azdır.

Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % təşkil edib.

Şərhlər

Mubariz 2024-12-31 17:05:55

Utanın yalanınıza görə ,dünən rusu tərifləyən bu gün guya rusa qarşı çıxır ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol