Menu

ABŞ-də insanların üzərinə avtomobilini sürmüş şəxsin kimliyi açıqlanıb

01.01.2025, 21:53
ABŞ-də insanların üzərinə avtomobilini sürmüş şəxsin kimliyi açıqlanıb

ABŞ-də avtomobilini izdihamın üzərinə sürmüş şəxsin kimliyi məlum olub.

“Report” xəbər verir ki, bu barədə yerli NOLA nəşri bildirib.

“Polisə atəş açdığı iddia edilən şübhəli şəxs hadisə yerində öldürülüb. Çərşənbə günü onun 42 yaşlı Şamsud Din Cabbar olduğu müəyyən edilib”, – nəşr vurğulayıb.

Xatırladaq ki, yanvarın 1-də Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində azı 10 nəfər ölmüş, daha 30 nəfər isə yaralanmışdı.

Daha sonra Federal Təhqiqat Bürosu (FTB) olayı terror aktı kimi təhqiq edəcəyini elan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol