Menu

Təbii qazın yeni tarifləri müəyyənləşib

02.01.2025, 12:34
Təbii qazın yeni tarifləri müəyyənləşib

Təbii qazın yeni tarifləri müəyyənləşib.

Tarif Şurası bu barədə qərar verib.

Qeyd edilib ki, ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.

Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.

Əhali üzrə illik istehlak həcmi:

- 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

- 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

- 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

- 1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.

- 48% abonent üzrə - 32 qəpik,

- 39% abonent üzrə - 1 manat 43 qəpik,

- 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Şərhlər

Veteran 2025-01-02 22:53:16

Əgər qaz istehsalı baha başa gəlirsə Rusiya bizə "QARDAŞ"ölkədir, Cinə-Hindistana onsuzda havayı satır, elə bizədə aşağı qiymətə versin,canımız zad-şey deyilən damkrat idarəsindən canımız birdəfəlik qurtarsın.

Eli 2025-01-02 22:30:26

Mescidin qapısı açılmamış kor esasını dayadı:Maaşlar ve pensiyalar artmamış Tarif Şurası artıq Xalqın “Qeydine qalmağa” başlayıb,yeni here öz işindedir.

Vətəndaş 2025-01-02 16:43:49

BU TARİF ŞURASI NİYƏ XALQA DÜŞMƏN KƏSİLİB?MĞHTƏRƏM PREZİDEMT NİYƏ ONLARA QARŞI ÖLÇÜ GÖTÜRMÜR.AXI İNSANLAR GÜCLƏ ,ÇƏTİNLİKLƏ AZ MAAŞ.MÜAVİNƏT VƏ PENSİYALARLA ÖLMƏMƏK ÜÇÜN GÜCLƏ YAŞAYIR.BUNLAR İSƏ YALNIZ ARDICIL QİYMƏT ARTIMLARI İLƏ XALQA ZÜLM EDİRLƏR.NİYƏ BU HALLARA DİQQƏT EDƏN,SÜNİ ARTIMLARIN QARŞISINI ALAN TAPILMIR?

Turan 2025-01-02 16:25:36

Məndə sığar 2 cahan
Mən bu cahana sığmazam

Anar 2025-01-02 15:53:26

Allah bəlanızı versin, Yeni ildə xalqa, millətə verdiyiniz dəyər bundan artıq deyil.

Безполитика 2025-01-02 14:14:38

Азполитика, вам стыдно написать тарифы увиличены?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol