Suriyanın devrilmiş keçmiş prezidenti Bəşər Əsədi Moskvada zəhərləməyə cəhd ediblər.
Musavat.com-un məlumatına görə, bir sıra media orqanlarının ardınca “Блокнот Россия” da bu barədə xəbər yayıb.
Əsədin vəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.
“Hələlik cinayətin siyasi olub-olmadığı, yoxsa ailədəki münaqişə ilə bağlılığı məlum deyil: arvadı boşanıb Londona getməyə çalışıb, lakin Əsəd buna qarşı çıxıb”, - məlumatda deyilir.
İndiyədək eks-prezidenti kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb: siyasi rəqiblərdən tutmuş ailə motivlərinə qədər.
Türkiyə və Britaniya mediası da “təsdiqlənməmiş” mənbələrə istinadən Suriyanın eks-prezidentini zəhərləmək cəhdindən yazır.


Şərhlər
Bu hakimiyyət, taxtı-tac deyilən nə deməıkdirsə gerçəkdən də biz onun həqiqi sirrini blmrik. Bu nə müəmma, nə hərislik, nə yanğıdır ki, insanı öz atasını, övladını belə uf demədən öldürməyə, doğma anasının gözlərini çıxarmağa, ərini zəhərləyib başqasının qoynuna girməyə sövq edir. Bu nə lüzumsuz qorxudur onlarda ki, hətta 2 yaşlı südəmər körpəni gələcək təhlükə hesab edərək ömürlük zindana zəncirləyir. Bunlara insan deyəkmi, deməyəkmi bilmirıəm, Mən öz payıma onu deyirəm ki, .ALLAH ətimi yeyib qanımı içən ermənini də hakimiyyət sövdasına salma.
Əsəd ölkəsini viranə qoyub, ölkədən qaçdığı gündən zatən " ölüb". Sadəcə hələlik canlı ölüdü. Hal -hazırda Əsədin yox edilməsi üçün gələn xəbərlərin hamsı məntiklidir və çox keçməz bunlardan biri gerçək olacaq. Xüsusən də ailəsi ilə bağlı gələn xəbərlər. Tarixdə çox hakimiyyətlərin bitirilməsində, xüsusən də müsəlman aləmində qadınların rolu böyük olub. Nə yazıq ki, mövcud Suriya, İraq qruluşlarına xas olan dövlətlərin başında duranlar bütün bu olanlardan dərs almırlar. Hələ keçmiş tarixlərdə bu qabildən olan hadisələrdən də danışmırıq. Olanlar isə millətə və min illərlə qurulmuş dövlətlərin viran qoyulmasına nədən olur. Yoxsa cəhənnəmə Əsəd kimiləri.
Zəhləmək işinə rus kqb-sı baxır. Yəqin Əsədin apardığı milyayardlara sahiblənmək istəyirlər.