Menu

Süni nəfəs aparatına qoşulmuş aktyorun son durumu açıqlanıb

03.01.2025, 12:19
Süni nəfəs aparatına qoşulmuş aktyorun son durumu açıqlanıb

Süni tənəffüs aparatına qoşulmuş aktyor Azər Baxşəliyevin vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə “Report”a Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.

O, qeyd edib ki, aktyorun vəziyyəti hələ də ağır olaraq qalır.

Hazırda onun müalicəsi ATU-nun Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.

Xatırladaq ki, A.Baxşəliyev yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol