Menu

Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

03.01.2025, 14:47
Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38 min 717,4 ton duru bitki yağları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 45 min 151,1 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,3 % çoxdur.

Ötən ilin dekabrın 1-nə ölkədə 3 min 634,8 ton duru bitki yağı ehtiyatı, 3 min 747,7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 5,6 % az və 1 % çoxdur.

Xatırladaq ki, 11 ayda Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur

Şərhlər

ƏNHU 2025-01-03 17:23:21

Deputatlardan biri (səhv etmirəmsə Zahid Oruc) nə üçünsə əsəbləşib demişdi ki, duru yağa neft ayırmaları qatırlar. Görəsən, millət vəkili millətinin sağlamlığına ciddi zərbə vuran bu "səmərəli və gizli istehsal sirri"ni araşdırıb lazımi orqanlar qarşısında məsələ qaldırdı yoxsa, susub geri çəkilərək mübahisəni qarşılıqlı anlaşma ilə həll etdi.

İstehlakçı Fəzli 2025-01-03 16:42:42

Yerli Bitki yağları Azərbaycanımızın becərdiyi (yoxsa, çernobıl-zad) məhsullarındanmı emal edilir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol