Menu

Estoniya Amerikadan HIMARS reaktiv raket sistemlərini alacaq

03.01.2025, 22:52
Estoniya Amerikadan HIMARS reaktiv raket sistemlərini alacaq

Estoniya yaxın bir neçə həftə ərzində Amerikadan HIMARS reaktiv raket sistemlərini alacaq.

"Report" Estoniyanın ERR teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur deyib.

Nazir bildirib ki, Estoniya bir neçə həftəyə ABŞ-dan sözügedən texnikaları alacaq.

Estoniyada yerləşdirilən Amerika hərbçilərinin artıq ölkə ordusunun şəxsi heyətinə bu reaktiv raket sistemlərindən istifadə ilə bağlı təlim keçdiyi iddia olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol