Menu

"ABŞ Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən narahatdır" - Blinken

04.01.2025, 08:35
"ABŞ Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən narahatdır" - Blinken

“Moskvanın dəfələrlə belə planların olmadığı barədə bəyanatlarına baxmayaraq, Vaşinqton Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən narahatdır”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “Financial Times”a müsahibəsində deyib.

“Ehtimal 5%-dən 15%-ə yüksəlsə belə, bu son dərəcə ciddidir. Vaşinqton bu ehtimaldan çox narahatdır”, - deyə o qeyd edib.

Blinken Çinin bu vəziyyətdə mötədil rol oynaya biləcəyini də irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol