Menu

"Təqsirkarların cəzalandırılmasını tələb edəcəyik..." - Prezident

06.01.2025, 13:45
"Təqsirkarların cəzalandırılmasını tələb edəcəyik..." - Prezident

Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi.

Bunu Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib: "Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik".

Şərhlər

Moshu 2025-01-06 14:08:39

Dünyada yaşayan bütün xalqları sevirəm. Pis xalq yoxdur, onun pis nümayəndələri var. Lalin ilahi qüvvə bu milləti yalnız pislik etmək, qan axıtmaq, çevriliş etmək, qonşu dövlətin ərazisini viran qoymaq üçün yaradıb. Əfsuslar olsun. 2010-сu il 10 aprel tarixdə Polşa prezidenti Kaçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Smolensk hava limanında qəzaya uğraması nəticəsində 88 sərnişinin və 8 nəfərdən ibarət olan ekipajın, 2014-сü il 17 iyul tarixdə Malayziya aviaşirkətinə məxsus laynerdə 283 sərnişinin və 15 ekipaj üzvünün, oddan-alovdan çıxmış general Lebedin, dünyaya meydan oxuyan Priqojinin və nəhayət Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması və nəticədə milliyətindən və vətəndsşlığından asılı olmayaraq 38 nəfərin həyatını itirməsi bu millətin necə də “sülhpərvər” olmasına dəlalət edir. Sovetlər dönəmində biz xalqlarrtı elə lal-dinməz vəziyyətə salıblar ki, bu gün də bu qorxaqlıq canımızdan çıxmır. Bu gün də haqqımızı tələb edə bilmirik. Müstəqil dövlət kimi sivil qaydada Rusiya hökuməti qarşısında tələblərimizi ortaya qoymalıyıq. Biədəb də olsa, böyük qardaş elə bilir ki, kiçik qardaşın hansısa problemi var. Bunu isə onun nəzərinə çatdırmaq Azərbaycan hakimiyyətinin boynunun borcudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol