Menu

ONLAR YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDULAR - Mərkəzi Bankda yeni təyinatlar+ FOTO

07.01.2025, 20:34
ONLAR YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDULAR - Mərkəzi Bankda yeni təyinatlar+ FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub.

"AzPolitika" xəbər verir ki, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub. Bununla bağlı qərar yanvarın 6-da imzalanıb.

Qeyd edək ki, Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankda Sədrin ofisi departamentinin direktoru vəzifəsində, Fuad İsayev AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.

Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə, baş direktorların sayı isə 6-ya çatıb.

Şərhlər

Mubariz 2025-01-07 11:06:14

Dost -tanışı işlə təmin etmək üçün hoqqa çıxarırlarr ( müşavirlər ,baş direktorlar və s. ) Əgər baş direktorlar varsa onda sədr nəyə lazımdır ? Bəlkə MB sədrrinə də prezident titulu verəsiniz ,olsun-bitsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol