Peyvəndlənmə epdiemik hal olmazdan öncə aparılmalıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, qripə qarşı peyvənd təhlükəsiz preparatdır, həm azyaşlılar, həm də hamilələr peyvənd oluna bilər: “Qrip bütün infeksion xəstəliklərin 90 faizini təşkil edir. İnsan ömrünün, orta hesabla, bir ili xəstə halda keçir. Ağır formalı infeksiyalar – qrip bəzən insan həyatına son qoya bilər. Hər kəs vaxtında peyvənd olunmalıdır ki, bu cür problemlərlə qarşılaşmasın".


Şərhlər
Salam. Bu vaksinleri reklam elemekdese bu poliklinikalardakı şəraiti düzəldin. Dünyada tibb inkişaf etdiyi halda bizde geri gedir