Azərbaycan Prezidenti İlham Əliyevin son sərt bəyanatından sonra Nikol Paşinyan Ermənistanın KTMT üzvü olduğunu xatırlasa, təəccüblənmərəm.
"AzPolitika" "apa" -ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, Paşinyanın Azərbaycan Prezidentinin son sərt bəyanatlarından sonra Ermənistanın KTMT-yə üzvlüyünü xatırlayacağanı istisna etməyib.
"Saqqalını qırxan Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm. Və ya Ermənistan liderlərinin Avropa İttifaqı ilə nişanlanmaq niyyəti fonunda başqa variant... Birbaşa Aİ ilə əlaqə saxlamaq olar. Orada cənnətə namizədlərə pul və silahla kömək etməyi xoşlayırlar”, - Medvedev vurğulayıb.


Şərhlər
bu alkaş bizi təhdit edir ,ermənini yox ,mənası odur ki ,Azərbaycan hücum etsə KTMT dadınıza çatacaq ,daha doğrusu ruuslar ,buna mən inanıram ,çünki son uçaq terrorundan sonra bizzim əleehimizə səslənən fikirlər qulaqardına vuruldu ( Rusya dövlət kannalları )