Menu

Maduro üçüncü dəfə Venesuelanın Prezidenti olub

10.01.2025, 22:43
Maduro üçüncü dəfə Venesuelanın Prezidenti olub

Nikolas Maduro Moros üçüncü dəfə Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, Maduro Karakasda, ölkə parlamentində and içib.

Onu ölkənin birinci xanımı Silia Flores müşayiət edib. Yeni müddətdə Maduro 2031-ci ilə qədər Prezident vəzifəsini tutacaq.

Xatırladaq ki, Maduro ötən il iyulun 28-də keçirilən prezident seçkilərində qalib gəlib. Seçicilərin 51,95 %-i ona səs verib. Onun əsas rəqibi Edmundo Qonzales Urrutia seçicilərin 43,18 %-nin dəstəyini qazanıb.

Şərhlər

rr 2025-01-10 22:49:15

Aftobus hediyye verib ona

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol