Menu

Neftçalada 26,1 min ton məhsul istehsal edilib

12.01.2025, 21:10
Neftçalada 26,1 min ton məhsul istehsal edilib

Neftçalada bu günədək 26 min 161 ton məhsul istehsal edilib.

Bu barədə “Report”un Aran bürosuna rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumat verilib.

Bildirilib ki, taxıl, yonca biçinindən sonra şəxsi vəsaitləri hesabına pambıq əkən bəzi fermerlər tarlalarda məhsul yığımını hələ də davam etdirir.

Bu il pambıq tarlalarının 95 faizdən çox hissəsi pambıqyığan maşınlarla toplanılıb. İndiyədək hər hektardan 32,5 sentner məhsul götürülüb.

Qeyd edək ki, ötən il rayonda 8 min hektar sahədə pambıq əkilib.

Şərhlər

Kohne 2025-01-13 00:21:34

Ayıbdır eee....Vallah ayıbdı......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol