Menu

Ramzan Kadırova etiraz edən QHT-nin ofisi atəşə tutulub

14.12.2014, 15:37
Ramzan Kadırova etiraz edən QHT-nin ofisi atəşə tutulub

Çeçenistanda öndə gedən insan haqları qrupunun ofisi atəşə tutulub. Hadisə bəzi fəalların ölkə rəhbəri Ramzan Kadırovu tənqid etməsindən sonra olub. Hüquq müdafiəçiləri Qroznıda son atışmada günahlandırılan silahlıların yaxınlarının kollektiv şəkildə cəzalandırılması çağırışına qarşı çıxırdılar.

Müştərək Səyyar Qrupun rəhbəri Igor Kalyapin öz facebook hesabında yazır ki, təşkilatın ofisi dekabrın 13-də atəşə tutulub. Ancaq hücumda heç kim zərər görməyib.

Kalyapin bildirir ki, hadisədən əvvəlki gecə 2 silahlı şəxs QHT-nin qapısını zorla qıraraq içəriyə daxil olmaq istəyib. Kalyapin də dekabrın 9-da Kadırovu tənqid etmişdi. Ramzan Kadırov onu Qərb Kəşfiyyatından pul alması ilə ittiham edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol