Menu

Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb

13.01.2025, 09:45
Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu Ş. Mehdiyev küçəsində qeydə alınıb.

Məzahir Kərimov idarə etdiyi "Hyundai Grandeur" markalı avtomobillə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol