Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2023-cü ilin iyun ayından etibarən rektorsuz fəaliyyət göstərir. Prezidentin sərəncamı ilə Mustafa Babanlı vəzifədən çıxarıldıqdan sonra onun səlahiyyətlərini Vazeh Əskərov yerinə yetirir. Amma onun fəaliyyəti dövründə universitetdən şikayətlərin sayı hədsiz dərəcədə artıb. Rektor əvəzindən əsasən ADNSU müəllimləri, əməkdaşları şikayət edir, haqsızqlıdan, ədalətsizlikdən gileylənirlər.

Onlardan Elmira Xanməmmədova yerli saytlara bildirib ki, universitetdə növbəti dəfə vəzifə seçkisi zamanı “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin dekanı Dosent Fərid Ağayev, dosent İcabikə Sərdarova və dosent Almaz Mehdiyevanın təkidi ilə müəllimlər onun əleyhinə səs verib, nəticədə işdən çıxarılıb.
“Bu şəxslərin mənim əleyhimə olması isə aşağıdakı faktla bağlıdır”, - o qeyd edib.
Şikayətçi vurğulayıb ki, universitetdə gənc tədqiqatçıları, gənc alimləri, perspektivli mütəxəssisləri qısqanclıqla qarşılayan və onları müxtəlif bəhanələrlə işdən çıxarmağa nail olan bu şəxslərin sayəsində universitetdə tədrisin keyfiyyəti olduqca aşağıdır: “Universitetdən yüksək ixtisaslı müəllimləri və peşəkar tədqiqatçı alimləri uzaqlaşdırmaqla universiteti uçuruma yuvarlayırlar. Bunun da səbəbi, qeyri-ixtisasçıları universitetdə yüksək vəzifəyə təyin etmək, peşəkarları uzaqlaşdırmaq, ailə üzvlərini və qohumluq əlaqələri olan şəxsləri müxtəlif vəzifələrə təyin etdirməkdir. Adları dəfələrlə korrupsiya qalmaqallarında hallanan, rəhbərlikdə təmsil olunan şəxslər universitetdə çirkab bir mühit yaradıblar”.
E.Xamməmmədova onu da bildirib ki, dəfələrlə müdafiə edilmiş buraxılış işləri, magistrlik işləri dosent Almaz Mehdiyeva tərəfindən hazırlanaraq tələbələrə verilir: “Plagiat çıxmaması üçün universitetin plagiat işləri üzrə koordinatoru dekan Fərid Ağayevin tapşırığı əsasında plagiat edilən işlər bazadan çıxarılır və nəticədə yenidən müdafiə edilməli işi plagiat göstərmir. Müdafiəyə buraxılan işlər isə qeyri ixtisasçılar və dekanın himayə etdiyi şəxslərdən təşkil olunmuş komissiya tərəfindən müsbət qərar alaraq müdafiə edilir”.
Müəllim iddia edib ki, universitetin ən böyük tələbə kontingetinə malik “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin dosenti Vazeh Əskərovun Hirş indeksi bütün bazalarda sıfırdır: “Dosent Qasım Məmmədovun Hirş indeksi Google scholar verilən bazasında 4152-ci, Scopus verilənlər bazasında isə 2911-ci yerdədir. Universitetin professor-müəllim heyətinin elmimetrik reytinqində isə 225-ci yerdədir. Dosent Fərid Ağayevin Hirş indeksi isə Scopus verilənlər bazasında 4757-ci yerdədir”.
E.Xanməmmədova bildirir ki, ailə idarəetməsi, qeyri-etik davranışlar və saxtakarlıq hallarının himayə edilməsi universitet rəhbərliyinin əsas devizidir.
“İlduzə Hüseynova və kürəkəni Salman Salmanov universiteti idarə edir. Universitetdə bütün işləri istədiyi kimi həll edir, vəzifə səlahiyyətlərindən şəxsi marağı üçün istifadə edir, rektor əvəzi Vazeh Əskərovu da özünəməxsusluqla istiqamətləndirir, ona yalan məlumatlar çatdırır, beləliklə də uzun illər qüsursuz, zəhmətlə çalışan, yetərincə nailiyyətləri olan nəinki cavan, hətta təcrübəli müəllim və əməkdaşları işsiz qoyur. Bununla bağlı yetərincə məlumatlara sahibəm”, şikayətçi qeyd edir.
Başqa mənbələr isə rektor əvəzi Vazeh Əskərovun fransız dili müəllimi ixtisasına sahib olmasına baxmayaraq, özünün universitetdə “energetika” sahəsi üzrə ikinci ali təhsil aldığını iddia edib.
“Maraqlıdır, rektor əvəzi tabeliyində olan müəllimlərdən necə dərs alacaq”, - mənbə bildirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Rektor Babanlı olduğu dövürdə hələ bir babat idi. ən azından pul sovurmurdular bizdən. İn isə özbaşınalıq baş alıb gedib. Məsələn şər böhtanla bəzi müəllimləri işdən kanarlaşdırmaq kimi hallar nadir deyildi.
Universitetin adina bele bir ləkə gəlir,savadlı müəllimlər səbəbsiz işdən çıxarılır.
Niyə araşdırılma aparılmır,neçə müellim işdən azad edilib Niiyee ?Niye cavan kadrlara yol bağlıdı?
Nəçə orda oxuyan tanıylram Hamı narazıdı.Müəllimlərin haqların müdafiyə edən yoxdu!araşdırma yoxfu!
Bir ildən çoxdu ki yeniden AZİdə pul yığılır, dissertasiyalar satılır, savadsizlar iki qat maaş alirlar
Çox heyf Adnsu dan, o boyda universeti ne gune goydular çox heyf
Tələbələri haqsız yerə kameradan köçürmə görüblər adı ilə çıxarırlar.Halbuki elə bir hal baş verməyib.Nəzarətciyə də şikayət eləyəndə deyirki ərizə yaz kamera açılsın.Kamera açılır ortada heçnə olmadığı görünür bu dəfə də başqa birşey bəhanə eləyirlər.Universitetdə haqsızlıq baş alıb gedir.Dekan Rektor yaxınları imtahandan asanlıqla keçir.Digər tələbələr müxtəlif bəhanələrlə imtahandan çıxarılır 1 illik uzaqlaşdirma alır yenidən imtahana girmək üçün əlavə pul verirlər.
Müəllim adlı istifadəçiyə cavab.
Birincisi, minlərlə şəxlər, o cümlədən mən, AZİ-ni bir qəpik vermədən bitiriblər
İkincisi, əgər ömür boy məsələsi 90-ci və 2000-ci illər əhatə edirsə - razıyam ki, AZİ-də problemlər olub.
Amma ədalət naminə deyilməlidir ki, 2015-ci ildən tələbələrdən pul tələbi yığışdırılıb.
Neqativ hallar tək AZİ-də yox, başqa yerlərdə var.
Əsas məsələ - neqativ hallarla mübarizə aparmaq bacarığı və ədalətli, qanuni qərarların verilmsidir.
Mübariz adlı istifadəçiyə cavab. AZİ ömrü boyu rüşvətin mnbəyi olub!
Deməli, tarixən ilk neft(oil) hasilatçılarından Azərbaycanın geniş ixtisaslı Neft və Kimya akademiyası daxili ilə beynəlxalq da nefuzunu itirməkdədir? Bəli, bilikli tam orta təhsilli abiturientlərin belə bir hissəsi yüksək-texnoloji akademik təhsilinə davam gətirməyək onu tərk edir, əcnəbilər 6-8 ilə ancaq bitirirdilər.
Heyf AZİ-dən ,hanı Mirzəcanzadələr ,Ramazanzadələr ,Rəşid Məmmədovlar və s. adlarını çəkə bilmədiyim o qüdrətli pedaqoqlar ? Yadımdadır deyirdilər AZİ-yə qəbul olmaq asandır ,başa vurmaq çətindir ,çünki orada pul-tapşırıq keçmirdi ,indi isə AZİ orta ixtisas məktəbi kimi fəaliyyət göstərir