Menu

Lavrovdan Bakı ilə İrəvan arasında sülh sazişinə dair açıqlama - "Qalan iki məsələni həll etmək lazımdır"

14.01.2025, 17:39
Lavrovdan Bakı ilə İrəvan arasında sülh sazişinə dair açıqlama  - "Qalan iki məsələni həll etmək lazımdır"

"Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik: Cənubi Qafqaz ölkələri bütün problemlərini yaxın qonşuları ilə həll etməlidir".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

"Bəyan edirlər ki, Aİ missiyası Ermənistanın Sünik bölgəsində təhlükəsizliyi təmin edəcək, bu o qədər də anlaşılan deyil.

Məhz buna görə də “3+3" Cənubi Qafqaz ölkələri və onların qonşuları mexanizminin yaradılması təşəbbüsü dəstəklənib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır", deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişindən danışıb: "İndi belə görünür ki, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər və aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox".

Şərhlər

Eli 2025-01-14 17:58:24

Heyaslzlığın son heddi:”Biz öz taleyimixi mütleq qonşulara hevale edib onlarla birıikde tale meselelerimizi hell etmeliyik”Mentiq ise eksine deyir;”Qonşular kimdir:alkaş rus,”tiryeki fars” ve qan düşmeni ermeni ki hamısı Türkün düşmeni.Lavrov bey sen bu şerlerle taleyini qonşuya etibar edersen.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol