Menu

"Mitinqdə 400 nəfər iştirak edib"-BŞBPİ

14.12.2014, 18:51
"Mitinqdə 400 nəfər iştirak edib"-BŞBPİ

Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi aksiya keçirməsi ilə bağlı məlumat yayıb. İdarədən musavat.com-a daxil olan məlumatda bildirilir ki, dekabrın 14-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 16.00-dək davam edən toplantıda partiyanın 400 nəfərədək üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol