Menu

Paşinyan da Davosa gedir

16.01.2025, 19:01
Paşinyan da Davosa gedir

Ermənistanın Baş nazir Nikol Paşinyan yanvarın 20-də Davos Dünya İqtisadi Forumunda iştirak edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan yerli mətbuata bildirib.

Dünya İqtisadi Forumu (WEF) İsveçrənin qeyri-hökumət təşkilatıdır. 1971-ci ildən başlayaraq hər il aparıcı biznes nümayəndələri, siyasi liderlər və müxtəlif sahələrdən olan ekspertlərlə görüşlər keçirir. Bu il tədbir “Ağıllı dövr üçün əməkdaşlıq” mövzusu altında keçirilir. Forum yanvarın 24-dək davam edəcək.

Bu il forumda 350-dən çox hökumət başçısının, o cümlədən 60 dövlət başçısının iştirakı planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyevə də Foruma qatılcaq.

Qeyd olunur ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp videobağlantı vasitəsilə foruma qoşulacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol