Menu

Netanyahu Qəzzada qətliamları bərpa edəcəyinə söz verib

17.01.2025, 08:38
Netanyahu Qəzzada qətliamları bərpa edəcəyinə söz verib

Soyqrımçı İsrail rejiminin rəhbəri Benyamin Netanyahu hakim koalisiyanın parçalanmasının qarşısını almaq üçün ifrat sağçı tərəfdaşlarına Qəzza zolağında müharibənin yenidən başlaya biləcəyinə söz verib.

Bu barədə  “Washington Post“ (WP) qəzeti  məlumat yayıb.

Məlumatda deyilir ki, Netanyahu atəçkəsin əsirləri qaytarmaq  və dünyada artan təzyiqi azaltmaq üçün onlara lazım olduğunu bildirib: “Bağlı qapılar arxasında Netanyahu ifrat sağçı müttəfiqlərinə müharibənin ilk, 42 günlük atəşkəs mərhələsindən sonra yenidən başlaya biləcəyini vəd edir”, 

Qeyd eək ki, HƏMAS-la Qəzza zolağında atəşkəs razılaşması barədə xəbərlərdən sonra Netanyahu qandan doymayan əsas müttəfiqlərinin-  maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin kəskin tənqidi ilə üzləşib və onlar istefa verməklə hökuməti hədələyiblər.

Qeyd edək ki, İsrail və HƏMAS ilkin mərhələdə 42 günlük atəşkəs barədə razılığa gəliblər. Müqavilə yanvarın 19-dan qüvvəyə minəcək. Tərəflər girovların azad edilməsi ilə bağlı da razılığa gəliblər.

İsrailin 2023-cü il oktyabrın 8-dən sonra həbsdə olan 1000 Qəzza məhbusunu azad edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol