Menu

Qəzzada atəşkəs razılaşmasının qüvvəyə minəcəyi tarix açıqlandı

18.01.2025, 12:22
Qəzzada atəşkəs razılaşmasının qüvvəyə minəcəyi tarix açıqlandı

Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki mikrobloqunda məlumat verib.

"Tərəflər və vasitəçilər arasında əldə olunmuş razılığa əsasən, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-u Qəzza vaxtı ilə səhər saat 8:30-da qüvvəyə minəcək", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol