Menu

“Davosa yox, Soçiyə gedə bilər...” – Zelenski Fitsonu ələ saldı

18.01.2025, 13:25
“Davosa yox, Soçiyə gedə bilər...” – Zelenski Fitsonu ələ saldı

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 21-də Davosda keçiriləcək forumda onunla görüşmək istəyən Slovakiyanın Baş naziri Robert Fitsonun təklifinə istehza ilə cavab verib.

“AzPolitika” xəbər verir ki, Zelenskinin dediyinə görə, o, Fitso ilə görüşlə bağlı heç nə planlaşdıra bilməz. Fitsonun Rusiyaya son səfərinə və Putinlə görüşünə eyham vuran Zelenski deyib: “Fitso Davosa yollanıb Soçidə peyda ola bilər. Onun biletlərini kimin aldığını bilmirik, amma o, daim təyinat yerinə çata bilmir”.

Bu arada “Bloomberg” agentliyi Slovakiya müxalifətinin lideri Mixal Simeçekin Kiyevə bugünkü səfəri barədə məlumat yayıb. O, Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir və bunu Slovakiya üçün vacib hesab edir.

Robert Fitso isə Zelenskini Rusiya qazının tranzitini dayandırdığına görə tənqid etdikdən sonra Ukrayna ilə Slovakiya arasında münasibətlər daha da pisləşib.

Simeçekə gəlincə, son sorğulara görə, hazırda onun partiyası Fitsonun partiyasını üstələyir.

“AzPolitika.info”

Şərhlər

Mirzə 2025-01-18 16:37:16

Slavyanları bir-birinə daha çox qızdırmaq sən Davosa get.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol