Menu

“Dollar çox tezliklə 70 rubl olacaq” 

14.12.2014, 23:37
“Dollar çox tezliklə 70 rubl olacaq” 

Yaxın perspektivdə dolların kursu 70 rubla çatacaq. Musavat.com-un məlumatına görə, FBK şirkətinin Strateji Təhqiqat İnstitutunun direktoru İqor Nikolayev bu qənaətdədir.

“Russkaya slujba novistey” kanalına müsahibəsində ekspert deyib: “Neftin qiyməti 50 dollar olsa, bu artıq ən aşağı səviyyə - dib sayılacaq və ona oriyentasiya eləmək olar. Mən şəxsən 40 dollardan aşağı enəcəyini düşünmürəm. Dollar 70 rubl da ola bilər”.

Qeyd edək ki, Rusiyanın milli pul vahidi neftin ucuzlaşması ilə paralel sürətlə dəyərdən düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol