Menu

Husilər Qəzzada atəşkəsdən sonra yalnız İsraillə əlaqəli gəmiləri hədəf alacaq

20.01.2025, 15:41
Husilər Qəzzada atəşkəsdən sonra yalnız İsraillə əlaqəli gəmiləri hədəf alacaq

Husilər Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra kommersiya gəmilərinə hücumlarını İsraillə əlaqəli gəmilərlə məhdudlaşdıracaqlarını bildiriblər.

APA xəbər verir ki, bu barədə Yəməndə yerləşən Humanitar Əməliyyatlar Koordinasiya Mərkəzinin (HOCC) məlumatında deyilir.

Məlumatda həmçinin bildirilib ki, əgər ABŞ, Britaniya və ya İsrail Yəmənə zərbələri bərpa edərsə, o zaman bu ölkələrə bağlı gəmilərə hücumlar yenidən başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol