Menu

Mikayıl Cabbarov ABŞ-nin "Planet Labs PBC" şirkətinin direktoru ilə görüşüb

21.01.2025, 23:01
Mikayıl Cabbarov ABŞ-nin "Planet Labs PBC" şirkətinin direktoru ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ-nin "Planet Labs PBC" şirkətinin baş maliyyə və əməliyyatlar direktoru Eşli Conson ilə görüşüb.

Bu barədə nazir "X" hesabında paylaşıb.

Görüşdə energetika, ekologiya, sahibkarlıq və digər sahələrdə innovativ həllərin tətbiqi ilə resursların optimallaşdırılmasının önəmi qeyd olunub, şirkətlə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasında səfərdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol