İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
"AzPolitika" Unikal-a istinadla xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Məhbubə Coşqun qızı Əlizadə bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.
Onun anası Əlizadə Vahidə Ənvər qızı Məhbubənin hələ bir yaşı tamam olmamış - 2016-cı ildə xəstəlikdən vəfat edib.
Xatırladaq ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.
"AzPolitika.info"



Şərhlər