Menu

Ərdoğan Bolu vilayətinə gəlib - YENİLƏNİB

22.01.2025, 16:35
Ərdoğan Bolu vilayətinə gəlib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla Bolu vilayətinə gəlib.

Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb.

Türkiyə Prezident Boluda dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğında həlak olanların cənazə namazına qatılacaq.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedəcək.

Bu barədə NTV məlumat yayıb.

Ərdoğanın yanğın nəticəsində həyatını itirən vətəndaşların cənazə namazına qatılacağı gözlənilir.

Xatırladaq ki, yanvarın 21-i səhər saatlarında Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb. Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol