Menu

Kreml ABŞ ilə tərksilah məsələləri üzrə danışıqları bərpa etmək istəyir

24.01.2025, 14:45
Kreml ABŞ ilə tərksilah məsələləri üzrə danışıqları bərpa etmək istəyir

Rusiya ABŞ ilə tərksilah məsələləri üzrə danışıqların bərpa edilməsini zəruri hesab edir.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələ bütün dünya və iki ölkənin xalqlarının maraqlarındadır. Lakin bizə xatırlatdılar ki, dialoq Rusiya tərəfindən dayandırılmayıb və hazırda "top amerikalıların tərəfində"dir", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol