Ötən il NSA-nın izləmə qalmaqalını ifşa edən üçlük insan hüquqlarının müdafiəsi üzrə mükafata layiq görülüb. Tanınmış almanlar Eduard Snouden, jurnalist Qlen Qrinvald və rejissor Laura Poitrasın gördükləri iş yüksək qiymətləndirilib. Xəbəri “Deutsche Welle” yayıb.
Dekabrın 14-də sabiq NSA işçisi Eduard Snoudenə Karl fon Ossetskiy mükafatı təqdim olunub. Bu mükafat qeyri-adi vətəndaş cəsarəti göstərən, yaxud insan hüquqlarının müdafiəsi və yayılması ilə bağlı fəaliyyətə görə verilən medaldır.
Beynəlxalq insan hüquqları liqasının Berlin vebsaytı yazır ki, Snouden ABŞ və Almaniyanın insan hüquqlarından sui-istifadəsini üzə çıxarıb. O, bunun üçün öz azadlığı bahasına çox zəruri qərar verib. Ona görə də o, bu mükafata layiq görülüb. İnsan hüquqları liqası Karl fon Ossetskiy mükafatını 1962-ci ildən təqdim edir.
Mükafat məsələnin üstünü açan “The Guardian” qəzetinin jurnalisti Qlen Qrinvald və sənədli film rejissoru Laura Poitrasa da təqdim olunub. Mükafatı üçlüyün adından Laura Poitras qəbul edib. Qeyd edək ki, Rusiyada müvəqqəti sığınan Snoudenin Almaniya girişinə qadağa qoyulub.
Tədbir iştirakçıları Snouden, Qrinvald və Poitrasın işini qiymətləndiriblər. Sabiq federal daxili işlər naziri Gerhart Baum və Snoudeni təmsil edən insan hüquqları müvəkkili Volfqanq Kalek də çıxış ediblər. “Snouden indiyədək eşitdiyim ən böyük izləmə qalmaqalını ifşa edərək bizi ayıltdı”, - Baum deyib.
Bu yaxınlarda CİA-nın Snoudenə işgəncə verməsi ilə bağlı hesabatlar yayılmışdı. Dekabrın 12-də Britaniyanın “The Guardian” qəzeti yazıb ki, Kalek bununla bağlı Avropa ölkələrinə müraciət edib. O, ölkəsinə gələn CİA xəfiyyələrini işgəncədə ittiham etməyə səsləyib.
Almaniyanın bir çox dairələrinin müsbət rəyini qazanan Snouden “Skype” vasitəsilə əlaqə saxlayıb.
Karl fon Ossetskiy, qətiyyətli dissident
Karl fon Ossetskiy medalı Nobel mükafatı qalibi olan alman jurnalistinin şərəfinə təltif olunub. O, vaxtilə aşkar şəkildə nasist rejimi əleyhinə fəal çıxış edib. Ossetskiy ən yüksək xəyanətdə ittiham olunaraq həbs düşərgəsinə salınmışdı. Sonralar o, düşərgədəki şəraitin ağırlığına görə həyatını itirdi. Adolf Hitlerin Versal sazişini pozaraq yenidən hərbiləşdirilmə siyasətini məhz o üzə çıxarmışdı.
Məşhur alman müəllifləri Henrix Böll və Günter Qrass də bu medala layiq görülüblər. /"eunews"


Şərhlər