Menu

“Fəvvarələr” meydanındakı qanunsuz tikilinin sökülməsinə başlanılıb

27.01.2025, 13:13
“Fəvvarələr” meydanındakı qanunsuz tikilinin sökülməsinə başlanılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.

Məlumata görə, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə işbazların əlavə artırma işləri aparması ikinci belə özbaşınalıqdır.

“Belə ki, ötən ilin martında Baş İdarənin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar. Mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir”,- deyə məlumatda qeyd edilib.

Şərhlər

Mubariz 2025-01-27 13:31:21

Şəhərin göbəyində bunu görmürlərdi ? Pul olan yerdə inanın Prezident sarayını da satarlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol