Menu

Prezident Bakıdakı tıxaclardan danışdı

28.01.2025, 20:44
Prezident Bakıdakı tıxaclardan danışdı

“Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

“Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib. Yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var.

Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir”, - dövlət başçısı bildirib.

Şərhlər

Haller 2025-01-30 16:40:25

....olkede hec bir problem hell olunmur!!!...cunki, o insanlarki hell etmelidirler, onlar oz problemlerini hall edirler!!!...ister memurlar, isterde de deputatlar...

Elşən 2025-01-28 21:11:12

Tıxacların yaranma səbəblərindən biri yol polisi o birisi isə yolların tikilişidi
1. Əl oyunlar sarayının yanında svetafor yaşıl yana yana dəmir raşotka ilə yol polisi yolu kəsib maşınları bir yol ilə buraxır özüdə saat 16.30 dan başlayır bu nə deməkdir
2. Xocahəsən dairəsində yol polisi saat 16.30 dan maşın ilə yolu bağlayıb bir yol ilə buraxır maşınları niyə nə üçün
3. Ukrayna dairəsi heç vaxt tıxac olmurdu indi elə etdilər ki həmişə tıxac olur bunu görmürlər niyə etdilər belə
4 Babək prssbekti maşın bazarında körpünün altında dairəni elə etdilər ki həmişə tıxac olur o boyda dairə nəyə lazım maşın yolu daraldı axı hamı bunu görür söyür danışır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol