Menu

6 girov İŞİD-dən qaçdı - Video

15.12.2014, 13:05
6 girov İŞİD-dən qaçdı - Video

Sidney polisi hazırda terrorçularla danışıqlar aparır

Avstraliyanın Sidney şəhərində İŞİD qruplaşmasının girov götürdüyü şəxslərdən altısı xilas olub.

ANS PRESS-in məlumatına görə, terror təşkilatı üzvləri şəhərin mərkəzindəki “Martin Place” prospektində fəaliyyət göstərən “Lindt” kafeni ələ keçirib. Hadisə zamanı 4-ü kişi, ikisi qadın olmaqla 6 girov kafedən qaçaraq canlarını qurtarıblar.

İlkin məlumatlara kafedə azı 15 nəfər daha adam qalıb. Sidney polisi hazırda terrorçularla danışıqlar aparır.

Xatırladaq ki, Avstraliyada yerli vaxtla səhər 10 radələrində İŞİD qruplaşmasının üzvləri kafelərdən birində insanları girov götürüb. Şahidlərin bildirdiyinə görə, pəncərənin qarşısında dayanan girovların əllərində İŞİD bayraqları var və onlar bu bayraqları yelləməyə məcbur edilirlər.

Terrorçuların 2 nəfər olduğu, təhlükəsizlik səbəbindən ətrafda olan yaşayış binalarının təxliyyə olunduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol