Menu

Yanvar ayının pensiya ödənişi yekunlaşıb

28.01.2025, 18:52
Yanvar ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

"Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər", - məlumatda vurğulanıb.

Şərhlər

İ.Mustafaoğlu 2025-01-28 21:16:23

Heç bir səbəb olmadan Dekabr və Yanvar ayının pensiyasını ala bilməmişəm. Bu barədə DSMF-na rəsmi müraciət etmişəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol