Menu

Moskva Suriyanın bərpasında lazımi yardımı göstərməyə hazırdır?

29.01.2025, 14:03
Moskva Suriyanın bərpasında lazımi yardımı göstərməyə hazırdır?

Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovun Suriyanın yeni hakimiyyətinin təmsilçiləri ilə görüşündə Rusiya və Suriya xalqları arasındakı etimadın kompensasiya, o cümlədən yenidənqurma işləri vasitəsilə bərpasının vacibliyi qeyd edilib.

APA-nın SANA agentliyinə istinadən xəbərinə görə, görüşdə münasibətlərin bərpası zamanı daha öncə buraxılan səhvlərin, eləcə də Suriya xalqının iradəsi və maraqları nəzərə alınmalı olduğu da vurğulayıb.

Rusiyanın Xarici İşlər Nazirliyi də görüşlə bağlı məlumat yayıb.

Nazirliyin yazılı açıqlamasında ölkələrarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasının vacibliyi, habelə Suriyanın suverenliyi və müstəqilliyinə dəstək ifadə edilib.

Qeyd edək ki, Bəşər Əsəd rejimi dönəmində məhz Rusiya öz bombardmanları ilə  Suriya şəhərlərinin dağıdılmasına, yüzminlərlə günahsız insanın qətlinə xüsusi "töhfələr" verib. İndi isə Suriyanın bərpasından danışır...  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol