Menu

Moskva birjasında dollar və avro tarixi maksimumu yeniləyib

15.12.2014, 14:21
Moskva birjasında dollar və avro tarixi maksimumu yeniləyib

Moskva birjasında dollar və avro rekord vurmaqda davam edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün valyuta bazarında 1 avro 82 qəpik bahalaşaraq 73,10 rubla satılıb.

1 ABŞ dolları isə 52 qəpik bahalaşaraq 58,7 rubla bərabər olub.

Hər iki xarici valyuta yeni tarixi maksimum həddinə çatıblar.

Qeyd edək ki, dünya bazarında qara qızılın ucuzlaşması, Ukraynadakı böhran, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar milli valyuta olan rublun dəyərini itirməsinə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol