Menu

Dövlət Departamenti Kuba şirkətləri ilə maliyyə əməliyyatlarına məhdudiyyətləri bərpa edib

01.02.2025, 09:48
Dövlət Departamenti Kuba şirkətləri ilə maliyyə əməliyyatlarına məhdudiyyətləri bərpa edib

ABŞ prezidenti Donald Trampın administrasiyası Kuba qurumları ilə maliyyə əməliyyatlarına qoyulan məhdudiyyətləri bərpa edib.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

ABŞ dövlət katibi bununla da Co Baydenin əvvəlki administrasiyasının qərarını ləğv etdiyini vurğulayıb. Daha əvvəl siyahıya daxil edilmiş qurumlara əlavə olaraq, Tramp administrasiyası Kuba Silahlı Qüvvələrinin maraqlarından çıxış etdiyi iddia edilən Orbit, S.A. şirkətini də siyahıya əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol