Terror təşkilatı PKK-nın "rəhbəri", terrorçubaşı Abdullah Öcalan fevralın 15-də videomüraciət yayımlayacaq.
"AzPolitika" xəbər verir ki, bu barədə özlərini "Suriya demokratik qüvvələri" adlandıran terrorçu PYD- nin "rəhbəri" Mazlum Abdi xarici mətbuata açıqlamasında bildirib.
Müraciətin videoformatda olacağı qeyd olunub. Diqqət çəkən məqamlardan biri bu çağırışın terrorçubaşı Öcalanın həbsinin 26-cı ildönümü gününə təsadüf etməsidir.
Türkiyə mediasının əsas gözləntisi PKK-nın tərksilah ediləcəyi mesajının veriləcəyidir.
Qeyd edək ki, əsasən PKK-nın siyasi uzantısı kimi fəaliyyət göstərən DEM Partiyasının heyəti yanvarın 23-ü cümə axşamı günü terrorçubaşı Abdullah Öcalanla ikinci dəfə görüşüb. DEM Partiyası terrorçubaşı Öcalanın yeni sülh prosesi üzərində çalışdığını və hazırlıqlar tamamlandıqdan sonra ictimaiyyətə açıqlanacağını bildirmişdi.
Xatırladaq ki, terrorçubaşı A.Öcalan 26 il bundan əvvəl 15 fevral tarixində Keniyada saxlanılmışdı.
"AzPolitika.info"

Şərhlər
Vardanyan , Köçəryan ,Sarqsyan ,Arutunyan həmin vaxt ermənilərə çağrış edəcək