Menu

Bakıda yük avtomobili qəza törətdi - Yolda hərəkət məhdudlaşdırıldı

29.10.2026, 23:18
Bakıda yük avtomobili qəza törətdi - Yolda hərəkət məhdudlaşdırıldı

Bakının Nərimanov rayonunda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "AzPolitika"ya verilən məlumata görə, qəza Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində qeydə alınıb.

Hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda polis əməkdaşları yük avtomobilinin hadisə yerindən kənarlaşdırılması və hərəkətin bərpası istiqamətində zəruri tədbirlər görürlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol