Menu

Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto

29.10.2026, 22:41
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada keçirilən Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində təşkil olunan "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneldə iştirak edib.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumata görə, Amerika Araşdırmaları Mərkəzində təşkil olunan paneldə Gürcüstan və Ermənistanın səfirləri də iştirak ediblər.

Jurnalist Luka Ştaynmanın moderatorluğu ilə keçirilən müzakirələrdə regionda davamlı və inklüziv sülhün perspektivləri, regional ticarət və nəqliyyat bağlantıları, eləcə də digər mühüm beynəlxalq tərəfdaşlarla münasibətlər müzakirə olunub.

Tədbir iştirakçıları müzakirə olunan mövzularla bağlı çoxsaylı suallar ünvanlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol