Menu

Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib - Muxtar Babayev

01.02.2025, 19:53
Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib - Muxtar Babayev

Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib.

"Report"un Şimal bürosunun məlumatına görə, bu sözləri Şimal bölgəsində ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir vurğulayıb ki, 2024-cü ildə təkcə Qubada "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində icra orqanları tərəfindən 20 mindən çox ağac əkilib.

"Bugünkü agacəkmə aksiyaları 2 Fevral - Gənclər Gününə həsr olunub. Sevindirici haldır ki, ictimaiyyət nümayəndələri də ağacəkmə prosesində fəal iştirak edir. Aksiyalar çərçivəsində əkilən ağacların inkişaf etməsinə də xüsusi diqqət yetirilir", - M.Babayev deyib.

Qeyd edək ki, meşəbərpa tədbirləri çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində 8 mindən artıq ağac əkilib.

Şərhlər

Omer 2025-02-02 12:28:44

Bu ekilen ağaçların %90 mı sıçulamamagdan ve baxımsızlıgdan guruyur.

Vüqar 2025-02-01 21:36:11

hər kvadrat metrə 2 ağacdan hesabla, lap olsun 5 ağacdan hesabla gör o qədər ağacı əkmək ücün nə qədər tirpağ sahəsi lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol