Menu

"ABŞ-nin fələstinlilərin Qəzzanı tərk etməsi ilə bağlı təklifi qəbuledilməzdır" - Hakan Fidan

05.02.2025, 13:23
"ABŞ-nin fələstinlilərin Qəzzanı tərk etməsi ilə bağlı təklifi qəbuledilməzdır" - Hakan Fidan

İsrail Baş naziri Benyamin Netanyahu girovların geri aldıqdan sonra Qəzzada yenidən müharibə başlada bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib.

Hakan Fidan bildirib ki, bu halda Qəzzada əldə olunan atəşkəslə bağlı qarant ölkələrin addımları vacib olacaq. Nazirin sözlərinə görə, bölgədə atəşkəsə əsasən riayət edilir, lakin humanitar məsələlərlə bağlı hələ də ciddi problemlər mövcuddur.

H. Fidan ABŞ tərəfinin fələstinlilərin Qəzzanı tərk etmələri ilə bağlı təklif və planının da qəbuledilməz olduğunu vurğulayıb: “Fələstin məsələsi məhz buna görə, fələstinlilərin yaşadıqları torpaqlardan sürgün edilib, yerinə israillilərin gətirilməsi ilə başladı”.

Şərhlər

Eli 2025-02-05 14:41:07

Bu proses İsrail dövleti yarandığı günden başlayıb,ardıcıl ve davamlı suretde de heyata keçirilir.Yeni bu dövletin ve dünya siyasetini meyyen eden ve heyata keçiren gückerin de son meqsedi budur efsuskar olsun ki reallıqbudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol