“Ermənistan və Azərbaycanın hələlik razılığa gəlmədiyi iki məsələ üçüncü ölkələrin, xüsusən də Avropa müşahidəçilərinin Ermənistan sərhədindən çıxarılması və beynəlxalq məhkəmələrdə bir-birlərinə qarşı qaldırılan iddiaların geri götürülməsi ilə bağlıdır”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda, beynəlxalq münasibətlər üzrə tanınmış mərkəzlərdən biri olan Atlantik Şurada çıxışında bildirib.
“Azərbaycan Avropa İttifaqının mülki missiyasının, sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsini qadağan edən müddəa təklif edir. Biz Azərbaycanın istəyini nəzərə aldıq və bu müddəanın ikitərəfli sərhədin demarkasiya olunmuş hissələrinə tətbiq edilməsi təklifi ilə çıxış etdik", - Paşinyan qeyd edib.
Paşinyan sülh müqaviləsinin razılaşdırılmamış ikinci maddəsindən danışıb. “Bu, beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırılan iddiaların geri götürülməsinə aiddir. Ümumiyyətlə, bizim də o ideya ilə bağlı problemimiz yoxdur, amma belə bir təklifimiz var: təkcə beynəlxalq qurumlardan şikayətləri geri götürmək yox, ikitərəfli münasibətlərdə də bu məsələləri gündəmə gətirməmək. Bizim təklifimiz mübahisəli mövzular üzrə gələcək müzakirələrə son qoymaq və yeni, təmiz və boş səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni era açmaqdır", - Nikol Paşinyan vurğulayıb.
Paşinyanın daha sonrakı açıqlamaları daha maraqlıdır. O, qeyd edib ki, ermənilərin beynəlxalq funksiyası qurban olmağa çevrilib, “bu taleyi dəyişməyə çalışırıq”. Paşinyan iddia edib ki, onun partiyası da beynəlxalq ictimaiyyətin ermənilərlə bağlı təsəvvürlərində yeni səhifə açmağa çalışır. Baş nazirin sözlərinə görə, beynəlxalq konsensus var ki, əgər sən ermənisənsə, qurbansan, onun hökuməti bunu dəyişmək istəyir: “Anlayaraq ki, bu, çox çətin, demək olar ki, mümkün olmayan bir missiyadır. Ermənilər, bir qayda olaraq, özlərini qurban kimi təqdim edirlər, beynəlxalq ictimaiyyət erməniləri qurbanlar vermiş xalq kimi qəbul etməyə öyrəşib və bəzən bu, kifayət qədər çaşqınlıq yaradır: səbəb nədir, nəticə nədir? Bəzən elə təəssürat yaranır ki, ermənilərin beynəlmiləl funksiyası qurban olmağa çevrilib, ermənilərin edə biləcəyi başqa bir iş yoxdur və bu məsələdə beynəlxalq konsensus var”.
"Biz xalqımızın bu taleyini dəyişməyə çalışırıq", - Ermənistanın Baş naziri təkid edib.
Ermənistanın Baş naziri bir daha vurğulayıb ki, iki maddədən başqa, İrəvan və Bakı artıq bütün digər vacib və həssas məsələlər üzrə razılığa gəliblər.
“Məsələn, Ermənistan və Azərbaycan sovet sərhədləri boyunca bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdılar. Biz həmçinin razılaşdıq ki, tərəflərin bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər”.
Paşinyan razılaşmanın digər 10-dan çox müddəalarının nədən ibarət olduğunu açıqlamayıb.
Rasim Əliyev
“AzPoltika.info”


Şərhlər
Vay səni it oğlu erməni. Yenə kələk, yenə yalan və fırıldaq? Sən 100 illər boyu mənim millətimi uşaq, böyük öldür, genasidə qurban elə, kənd və şəhərlərinin xaraba qoy, torpağımı zəbt elə və indi edə bilməyəcəyin bir yalanı əlində bayraq edib bunların cəzasından qurtulmaqmı istəyirsən. Elə sey yoxdur. Sən cəzalanmalı və məhkəmələrdə cavab verməli təzminat ödəməlisən it oğlu. Erməni heç vaxt bizimlə qarışmayacaq və lap 100 il keçsə də...