Repetitorluğun birdən-birə ləğvi mümkün deyil.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.
"Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək".


Şərhlər
Demək müəllimlərdən yaxşı qiymət lazımdır.Dərsdən sonra gəl yanıma toxsa 3 alacaqsan
Nə fərqi var, məktəbdə deyil evində repetitorluq edəcək. Hər bir uşaqdan 200 manat alacaq, necəki alır.