Menu

Qrenlandiya müstəqillik referendumu keçirməyi planlaşdırır

07.02.2025, 08:47
Qrenlandiya müstəqillik referendumu keçirməyi planlaşdırır

Qrenlandiyanın hakim partiyası müstəqillik referendumu keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Siyasətçilər Danimarka krallığında adanın genişləndirilmiş muxtariyyəti haqqında qanunun maddəsindən yararlanmağı planlaşdırırlar.

Bu maddə Qrenlandiyanın tam müstəqilliyinə dair danışıqlara imkan verir.

“Ölkəmiz müstəqil dövlət statusu alana qədər bizim danışıqlarda rəsmi iştirak imkanlarımız məhdud olacaq”, - hakim partiyanın sözçüsü Doris Censen qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol