Menu

“Müharibə hələ bir neçə ay davam edəcək” - “Putin danışıqlara qətiyyən həvəs göstərmir”

08.02.2025, 11:00
“Müharibə hələ bir neçə ay davam edəcək” - “Putin danışıqlara qətiyyən həvəs göstərmir”

Ukraynada döyüşlər tezliklə bitməyəcək və çox güman ki, taqətdən salma müharibəsi daha bir neçə ay davam edəcək.

“AzPolitika” xəbər verir kli, bunu Kiyevdə Prezident Volodimir Zelenski və Ukrayna rəsmiləri ilə görüşdən sonra Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lemmi deyib.

"Mən əmin deyiləm ki, sülh danışıqlarına həftələr qalıb. Mən bunu ona görə deyirəm ki, bizim ABŞ-nin də bölüşdüyü qiymətləndirməmiz ondan ibarətdir ki, Putin danışıqlara və bu müharibəni bitirməyə qətiyyən həvəs göstərmir", - nazir deyib.

Onun fikrincə, Ukrayna aydın başa düşür ki, danışıqlar başlayana qədər atəşkəs olmayacaq: "Həqiqət budur ki, Ukrayna ordusunu təşkil edən gənc kişilər və qadınlar yerlərdə öz ölkələrinin gələcəyi üçün vuruşurlar və bu, bir neçə ay davam edəcək... Ukraynalılara aydındır ki, danışıqlara qədər atəşkəs ola bilməz. Ona görə də mən bu müharibədə tezliklə atəşkəs gözləmirəm. Mən çox aydın görürəm ki, hazırda Putin danışıqlar aparmaq üçün heç bir istək nümayiş etdirmir. Ona görə düşünürəm ki, bu üzücü müharibə hələ bir neçə ay davam edəcək”.

“AzPolitika.info”

Şərhlər

Moshu 2025-02-08 14:09:58

Vaxtı ilə «В мире животных» proqramı var idi. Camış sürüsünə bir neçə pələng, şir, canavar hücum çəkib parçalayır, sürü isə gözünü döyə-döyə bu mənzərəyə baxır, vəhşi heyvanlar isə onun soydaşlarını parçalayıb növbəti şikar ovuna mıxır. ABŞ-da, qoca Avropa da bilsin ki, Ukraynadan sonra növbə onlarındır. Bu birmənalıdır. Elə bil ki, bu dövlətlər Ukraynanın məhvində maraqlıdırlar. Rusiya bir az özünə gəldikdən sonra (gələ bilsə) Qərbin və ABŞ-ın üzərinə gedəcək. Bizim də taleyimiz keçmiş SSRİ respublikalarının da taleyi Ukrayna müharibəsinin nəticəsindən asılıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol