“Paşinyanın Vaşinqtona səfərinin bir əsas məqsədi var idi: Tramp administrasiyasının onun Bayden administrasiyasından aldığı siyasi dəstəyi davam edib-etməyəcəyini anlamaq. O, bu sualın cavabını Vaşinqtonda yalnız siyasi qərarlar verən insanlardan ala bilərdi”.
“AzPolitika” xəbər verir ki, bunu Paşinyanın Vaşinqton səfərilə bağlı paylaşım edən erməni politoloq Suren Sarkisyan yazıb.

Bir şey dəqiqdir: bu səfər strateji tərəfdaşa layiq deyildi. Üstəlik, yanlış zamanda təşkil olunub, yanlış görüşlər və mesajlarla müşayiət edilib. Siyasi baxımdan bu, Ermənistana heç nə vermədi, amma Paşinyana siyasi zərbə vurdu ki, bunun da nəticələri hələ görünəcək”.
“AzPolitika.info”


Şərhlər
*Özəl*in gəlir-qazanc ödənişi üçün əlavə Vergi qurumuna ehtiyacı varsa, deməli Ermənistan kimi kiçik ölkə Baş Nazirinin dünyanın hər yerində aktivləri olan ABŞnın Vitse-prezidenti ilə bir neçə dəqiqə üz-üzə durmaları azı 7 dən 33 milyard dollara qədər yaddaş dəyəri-anlağı deyilmi?