Menu

Müəllimlərin sayı azalacaq, maaşlar artacaq

10.02.2025, 12:55
Müəllimlərin sayı azalacaq, maaşlar artacaq

"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

"Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - deyə nazir əlavə edib.

Şərhlər

ƏNHU 2025-02-11 01:08:13

Neçə illərdir ki, Emin Əmrullayevin yazıq müəllimlərin başına açmadığı oyun, üzərlərində Gülümsərov kimi aparmadığı təcrübə qalmadı. Buna heç dur deyən olacaqmı? Adam özünü pedaqoqikanın banisi kimi aparır. İşə başlayan gündən təhsilin və müəllimlərin gününü göy əskiyə büküb. Hələ də əldə etdiyi bir xeyir nümunəsi yoxdur. Elə uçura-uçura da gedir. İndi də ağlına gəlib ki, guya müəllimlərin sayını azaltsa ortaya bir şey qoya biləcək. Düşünüb ki, işdən qovduqlarının pulunu işdə saxladıqlarına verib haray qopara bilər ki, bəs, müəllimlərə ayda iki meşok pul verirəm. Bu münvalla yuxarıları da sevindirəcəyini hesab edib. Daha başı gərirmir ki, şagird kimi müəllimi də aşırı dərs yükü ilə yükləyib yormaq olmaz. Kəmiyyət azaldıqüca keyfiyyət də aşağı düşən şeydir. SÖZÜN QISASI BUNUN NAZİR OLDUĞU GÜNƏ BİR DAŞ DÜŞƏYDİ. Təhsildə elə bir xaos, elə bir cəhənnəm səhnəsi qurub ki, cin də baş çıxarmaz. Əlac yalnız bunun təhsil sistemindən ayrılıb müstəqillşmək, müəllimli-şagirdli-valideynli hamı birləşıb açıq səma altında məhəllə dərsxanaları yaratmağa qalıb.. Repetitorlara verlən pullar dərsxanalara ödənilsə hər halda Əmirullayevin mollaxanalarından qat-qat yüksək keyfiyyətli təhsilə nail olmaq mümkündür. Başqa çarə yoxdur və olmayacaq. Sadəcə tələsmək lazımdır. Hazırda ən təcili və vacib olan odur ki, millət Emin adlı bu ərköyün oğlanın bitib-tükənməyən fantaziyalarından və kurasiyasından təcili bir yol tapıb canını və övladını xilas etsin.

Müəllim 2025-02-10 15:44:37

hörmətli nazir.dünyada hər bir sahədə iş təcrübəsi.onun uzun müddətli olması yalnız müsbət nəticə verdiyini hamı görür və bilir.Müəllim də bir şəxsiyyətir v müəyyən yaş dövrü o işləməli.yaşamalı və yaşatmalıdır.bunu diqqətən çıxarmaq olmaz.ikinci tərəfdən ölkədə niyə bu qədər prdaqoji təhsil ixtisaslı universitetlər mövcuddur ki.onların illik buraxılışı 4-5 əfə tələbatdan artıqdır.Məgər bunu nizamlamaq.tələbata uyğun sayda etmək olmaz?Universitetlər yarışa girərək bir qıraqdan bisavad müəllimlər hazırlayıb.onlara diplom verir.Buna hansı rhtiyac var? Müəllim ixtisasına xalqın perspektiv bölümündən ciddi imtahanlarla qəbul olunan abuturientlərin seçilib.müəyyən sayda qəbul olunması vacibdir ki.keyfiyyətli kadrlar hazırlansın.Müəllim sayını bir sinifdə şagird sayının optuimal sayı müəyyən olunmadan azaltmaq da məntiqsiz görünür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol