Menu

"Azərbaycan neftin ucuzlaşmasına davam gətirə biləcək" - Fitch

15.12.2014, 19:15
"Azərbaycan neftin ucuzlaşmasına davam gətirə biləcək" - Fitch

“Fitch Ratings” agentliyi Azərbaycan iqtisadiyyatının düşən neft qiymətləri qarşısında davam gətirə biləcəyinə inanır.

Reytinq agentliyinin bəyanatında deyilir ki, ölkənin güclü suveren balansı və Dövlət Neft Fondunun (ARDNF-in) əhəmiyyətli həcmdə vəsaitləri Azərbaycana ehtiyat təmin edir.

“Bununla yanaşı, neftin qiyməti uzun müddət aşağı səviyyədə qalsa, bu, ölkə iqtisadiyyatının əsas drayverlərindən olan qeyr-neft sektoruna və bank sektorunun kreditləşməsinə yönələn büdcə xərclərinin kəskin azalmasına səbəb olacaq”, - deyə bəyanatda bildirilir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol