Bu ilin sentyabr ayında Türkiyədə işsizlik səviyyəsi 2011-ci il fevralından indiyədək ən yüksək səviyyəyə - 10.5%-ə çatıb.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Statistika Agentliyi məlumat verib.
Məlumata əsasən, Türkiyədə işsizlərin sayı əvvəlki ayla müqayisədə 120 min artaraq son dörd il ərzində ilk dəfə olaraq, üç milyonu keçib. Kişilər arasında işsizlik səviyyəsi 9.1%, qadınlar arasında 13.6%, gənclər arasında isə 19.1% təşkil edib.


Şərhlər